Реклама

Размещайте рекламу на Employ.az и расширяйте круг своих клиентов

EMPLOY.AZ- интернет портал, основанный в Азербайджане для работодателей и соискателей. EMPLOY.AZ сотрудничает с компаниями в Азербайджане и является первым сетевым порталом, предлагающим Рекруитинг Выпускников и Интернет-Рекруитинг. Наша аудиенция растет с каждым днем! Присоединяйтесь к нам и расскажите о своей компании нашим посетителям.

Доступные размеры для рекламы:
• 230x230 Квадрат
• 460x230 белый экран/ горизонтальный

Для более подробной информации и для обсуждения возможностей рекламы, пишите нам на info@employ.az с пометкой (Реклама)

  • to



TOEFL


TOEFL

TOEFL nədir?

TOEFL (Test of English as a Foreign Language) imtahan verən şəxsin ingilis dilini akademik səviyyədə necə qavraya bildiyini dəyərləndirən imtahandır. ABŞ və digər ingilis dilli ölkələrdəki universitetlərdə təhsil almaq üçün əvvəlcə TOEFL imtahanlarından keçmək tələb olunur. Bununla bərabər həmçinin dövlət qurumları, biznes və ya təqaüd proqramları da bu imtahanı tələb edə bilər.

2005-ci ildə tətbiq olunmağa başlayan İnternet Əsaslı Test (İBT – İnternet Based Test) imtahanı çox tezliklə Kağız Əsaslı Test (PBT – Paper Based Test) və Komputer Əsaslı Testi (CBT – Computer Based Test) sıxışdırmışdır.

İBT ilk öncə bir neçə ölkədə, ABŞ, Kanada, Almaniya, İtaliya və Fransada 2005-ci ildə tətbiq olunmuş, digər ölkələrdə isə 2006-cı ildən etibarən tətbiq olunmağa başlanmışdır.

TOEFL sertifikatını necə almaq olar?

Dörd saat davam edən test 4 hissədən ibarətdir.

Oxuma: akademik mətnlərdən 3 və ya 4 hissəni oxumaq və sualları cavablandırmaq.

Dinləmə: mühazirələri, müzakirələri və söhbətləri dinlədikdən sonra sualları cavablandırmaq.

Danışıq: oxuma və dinləmə tapşırıqları əsasında, mövzu ilə əlaqəli rəy ifadə etmək.

Yazma: oxuma və yazma tapşırıqları əsasında esse cavablarını yazmaq, yazarkən fikrinizi əsaslandırmaq.

TOEFL beynəlxalq sertifikatı iki il müddətində etibarlıdır.

Sertifikatın özündən başqa, imtahanın nəticələrini də İnternetdə əldə etmək mümkündür və sizin poçt ünvanınıza göndərilə bilər.

TOEFL imtahanına qeydiyyat www.toefl.org rəsmi saytında aparılır.





Featured employers/recruiters