Реклама

Размещайте рекламу на Employ.az и расширяйте круг своих клиентов

EMPLOY.AZ- интернет портал, основанный в Азербайджане для работодателей и соискателей. EMPLOY.AZ сотрудничает с компаниями в Азербайджане и является первым сетевым порталом, предлагающим Рекруитинг Выпускников и Интернет-Рекруитинг. Наша аудиенция растет с каждым днем! Присоединяйтесь к нам и расскажите о своей компании нашим посетителям.

Доступные размеры для рекламы:
• 230x230 Квадрат
• 460x230 белый экран/ горизонтальный

Для более подробной информации и для обсуждения возможностей рекламы, пишите нам на info@employ.az с пометкой (Реклама)

  • to



ACCA


ACCA

ACCA nədir?

ACCA (the Association of Chartered Certified Accountants) dünyanın ən böyük və ən sürətlə inkişaf edən beynəlxalq mühasibat təşkilatıdır. Onun məqsədi dünya üzrə mühasibatlıq, maliyyə və idarəetmə sahəsində uğurlu karyera qurmaq istəyən tələbkar, qabiliyyətli və ambisiyalı insanlar üçün ən yüksək səviyyəli kvalifikasiyalar təklif etməkdir. ACCA təşkilatının reputasiyası 100 ildən artıq mühasibatlıq və maliyyə sahəsində kvalifikasiyaların təmin edilməsinə əsaslanır. 

ACCA sertifikatını necə almaq olar?

ACCA kvalifikasiyası iki mərhələdən ibarətdir: Fundamentals və Professional

Fundametals mərhələsi iki modula ayrılır: Knowledge və Skills. Knowledge modulu tələbələri maliyyə və idarəetmə uçotunun əsasları ilə tanış edir. Skills modulu hər bir mühasibin gələcək karyera planlarından asılı olmayaraq mənimsəməsi lazım olan əsas texniki sahələri tam əhatə edən altı fəndən ibarətdir. Bu fənlərə hüquqşünaslıq, səmərəliliyin idərə edilməsi, vergi qoyma, maliyyə hesabatlarının təqdim edilməsi, audit və maliyyə idarəetməsi daxildir.

Professional mərhələsi iki modula bölünür: Essentials (əsas fənlər) və Options (əlavə, fakültativ fənlər). Hər iki modulun intellektual səviyyəsi magistr tələbəsinin səviyyəsinə uyğun nəzərdə tutulmuş şəkildə hazırlanmışdır. Bu mərhələnin tədris proqramı artıq mövcud texniki bacarıqların artırılmasına, peşə bacarıqlarının daha dərindən öyrənilməsinə, habelə yüksək səviyyəli məsləhətçi rolunda çıxış edən mütəxəssislərdən tələb olunan metodika və dəyərlərin əldə edilməsinə yönəlib. Bütün namizədlər Essentials modulunun hər üç fənnini bitirməlidirlər. Options modulu dörd imtahandan ibarətdir. Bu imtahanların məzmunu Fundamentals səviyyəsinin Skills modulundakı ekvivalent imtahanların məzmuna əsaslanır. Namizədlər dörd fakültativ fəndən ikisini seçməlidirlər.

ACCA sertifikatı harada verilir?

http://grbs.com





Featured employers/recruiters